Yuxarı

ABŞ-da atışma olub, altı nəfər yaralanıb

​ABŞ-da atışma olub, altı nəfər yaralanıb

ABŞ-da silahlı atışma olub. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə “NBC” televiziya kanalı şəhər polisinə istinadən məlumat yayıb.

Hadisə İndiana ştatının İndianapolis şəhərində baş verib. Silah səslərinin eşidildiyi əraziyə gələn polis əməkdaşları, yeniyetmələr də daxil olmaqla güllə yarası alan altı nəfəri aşkar edib. Yaralılardan ikisinin vəziyyəti ağırdır.

Polisin ehtimalına görə, silahlı hücumu bir nəfər törədib. Qeyd olunub ki, hazırda hücum edən şəxsin axtarışları davam edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi