​ABŞ-da atışma nəticəsində 4 nəfər yaralanıb

​ABŞ-da atışma nəticəsində 4 nəfər yaralanıb Həkimlərin sözlərinə görə, onlardan birinin vəziyyəti ağırdır
Digər ölkələr
15 İyul , 2015 09:35
​ABŞ-da atışma nəticəsində 4 nəfər yaralanıb

Bakı. 15 iyul. REPORT.AZ/ ABŞ-ın Missuri ştatının Sent-Luis şəhərinin şimal hissəsində baş verən atışma nəticəsində 4 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu haqda yerli KİV məlumat yayıb.

Yaralananların ikisi kişi, ikisi qadındır. Xəsarət alanların hamısının afro-amerikalı olduğu bildirilib. Həkimlərin sözlərinə görə, yaralılardan birinin səhhəti ağırdır.

Polis hadisə yerində araşdırma aparır. 

Son xəbərlər

Orphus sistemi