ABŞ-da atışma nəticəsində 4 nəfər ölüb

ABŞ-da atışma nəticəsində 4 nəfər ölüb Bakı. 19 fevral. REPORT.AZ/ Amerikanın Miçiqan ştatında baş verən atışma nəticəsində 4 nəfər ölüb.
Digər ölkələr
19 Fevral , 2019 04:33
ABŞ-da atışma nəticəsində 4 nəfər ölüb

Bakı. 19 fevral. REPORT.AZ/ Amerikanın Miçiqan ştatında baş verən atışma nəticəsində 4 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə Kent dairə polisinin "Twitter" mikrobloqu məlumat yayıb.

"Kent dairə polisinin şerifi KİV-ə "19 mile Road" küçəsindəki təhqiqatla bağlı danışır. Biz 4 nəfərin öldüyünü təsdiq edə bilərik, lakin hazırda ictimai asayiş üçün təhlükənin olduğunu hesab etmirik", - deyə bəyanatda bildirilir.

Qeyd olunur ki, şerif yaxın saatlarda keçiriləcək brifinq zamanı baş verənlər haqqında ətraflı məlumat verəcək.

CBS-nin məlumatına görə, hazırda qətldə şübhəli bilinən şəxs axtarışdadır.

Daha əvvəl Texas ştatında atışma zamanı 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi