ABŞ-da silahlı insident baş verib: 3 ölü, 2 yaralı

ABŞ-da silahlı insident baş verib: 3 ölü, 2 yaralı Hadisənin başvermə səbəbləri araşdırılır
Digər ölkələr
16 Fevral , 2017 04:24
ABŞ-da silahlı insident baş verib: 3 ölü, 2 yaralı

Bakı. 16 fevral. REPORT.AZ/ ABŞ-da naməlum şəxs bir neçə nəfəri güllələyib.

"Report"un məlumatına görə, bu barədə "Associated Press" polisə istinadən xəbər verib.

Məlumata görə, hadisə Çikaqo şəhərindəki mənzillərdən birində baş verib. İnsident nəticəsində 3 nəfər ölüb, daha 2 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanalara yerləşdirilib, onların vəziyyətinin ağır olduğu bildirilir. Ölən və yaralananların əksəriyyətinin 18-19 yaşlı gənclər olduğu bildirilir.

Hadisənin başvermə səbəbləri araşdırılır. 

Son xəbərlər

Orphus sistemi