Yuxarı

ABŞ-da ata həyat yoldaşı və iki övladını qətlə yetirərək intihar edib

Hadisə Santa-Klarita şəhərində baş verib

Bakı. 6 yanvar. REPORT.AZ/ Amerikanın Kaliforniya ştatının Santa-Klarita şəhərində atışma nəticəsində 4 nəfər həyatını itirib.

“Report” xəbər verir ki, bu barədə yerli polisə istinadən ABC məlumat yayıb.

Bildirilir ki, ölənlərin meyitləri şəhərdəki evlərdən birində aşkar edilib.

Polisin məlumatına görə, dörd nəfərdən ibarət ailənin başçısı intihar etməzdən əvvəl öz həyat yoldaşını, ardınca isə iki övladını qətlə yetirib.

Hazırda hüquq-mühafizə orqanları əməkdaşları faktla bağlı araşdırma aparır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi