ABŞ-da "Alberto" fırtınası 2 nəfərin ölümünə səbəb olub - YENİLƏNİB

ABŞ-da "Alberto" fırtınası 2 nəfərin ölümünə səbəb olub - YENİLƏNİB Bakı. 29 may. REPORT.AZ/ ABŞ-da tüğyan edən Alberto fırtınası 2 nəfərin ölümünə səbəb olub.
Digər ölkələr
29 May , 2018 03:07
ABŞ-da Alberto fırtınası 2 nəfərin ölümünə səbəb olub - YENİLƏNİB

Bakı. 29 may. REPORT.AZ/ ABŞ-da tüğyan edən "Alberto" fırtınası 2 nəfərin ölümünə səbəb olub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "NBC" telekanalı məlumat yayıb. 

Məlumata görə, hadisə Şimali Karolina ştatında, Polk dairəsində baş verib. Güclü külək səbəbindən ağac avtomobilin üstünə aşıb. Nəticədə avtomobildə olan sürücü və sərnişin ölüb.


***02:44

ABŞ-ın Florida ştatında "Alberto" fırtınası tüğyan edir.

"Report" "RT"ə istinadən xəbər verir ki, bu barədə regionun Fövqəladə Hallar üzrə İdarəsi məlumat yayıb.

"Subtropik "Alberto" fırtınası Laqunu-Biçə (ştatın sahilyanı ərazisi) çatıb. Küləyin gücü saatda 72 kilometrdir", - deyə məlumatda bildirilir.

Daha əvvəl üç ştatda – Alabama, Florida və Missisipidə "Alberto" fırtınasının yaxınlaşması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib. 

Son xəbərlər

Orphus sistemi