ABŞ-da ağır cinayətlərə görə mühakimə olunan iranlı həbsxanadan qaçıb

ABŞ-da ağır cinayətlərə görə mühakimə olunan iranlı həbsxanadan qaçıb Onların yeri haqda məlumat verən şəxs 50 min dollar məbləğində mükafatlandırılacaq
Digər ölkələr
27 Yanvar , 2016 11:37
ABŞ-da ağır cinayətlərə görə mühakimə olunan iranlı həbsxanadan qaçıb

Bakı. 27 yanvar. REPORT.AZ/ ABŞ-ın Cənubi Kaliforniya həbsxanasından qaçan üç nəfərdən biri Hüseyn Naeri adlı 37 yaşlı iranlıdır.

"Report" "Fox News"a istinadən xəbər verir ki, Hüseyn Naeri ABŞ-ın dəniz piyadaları ordusunda xidmət edib.

Onların cinayət işini araşdıran yerli prokuror Xizer Braun jurnalistlərə bildirib ki, belə qatı cinayətkar ciddi rejimli həbsxanada saxlanılmalı idi. O, Hüseyn Naerini "Quzuların sükutu" kinotrillerindəki manyakla eyniləşdirərək, "İkinci Hannibal Lekter" adlandırıb.

Xəbərə əsasən, Hüseyn Naeri "narkotik maddələrin qanunsuz ticarəti", "qarət", "adam oğurluğu", "qətl və işgəncə vermək" də ittiham olunaraq mühakimə edilib. 

Qeyd edək ki, onunla birlikdə həbsxanadan 20 yaşlı Conatan Tiu və 43 yaşlı Bek Duon da qaçıb. Onların yeri haqda məlumat verənin 50 min dollar məbləğində mükafatlandırılacağı da bildirilib.

Son xəbərlər

Orphus sistemi