Yuxarı

ABŞ-da Ağ Evin yaxınlığında özünə atəş açan şəxs ölüb - VİDEO - YENİLƏNİB

ABŞ-da Ağ Evin yaxınlığında özünə atəş açan şəxs ölüb - VİDEO - YENİLƏNİB
Polis bu barədə onun yaxınlarına xəbər vermək niyyətindədir

Bakı. 3 mart. REPORT.AZ/ Ağ Ev yaxınlığında özünə tapançadan atəş açmış şəxs ölüb.

"Report"un məlumatına görə, polis bu barədə onun yaxınlarına xəbər vermək niyyətindədir.

Qeyd edək ki, o, Ağ Evin şimal hasarı yaxınlığında özünü güllələyib. Hadisə zamanı ondan başqa heç kim xəsarət almayıb.

ABŞ prezidenti Donald Tramp həmin vaxt iqamətgahda olmayıb. Onun xanımı ilə birlikdə Floridada olduğu bildirilir.


***23:23

ABŞ-da naməlum şəxs Ağ Evin yaxınlığında özünə atəş açıb.

"Report" "Qazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Məxfi Xidməti "Twitter"də məlumat yayıb.

"Məxfi Xidmətin əməkdaşları Ağ Evin şimal hasarının yaxınlığında bir nəfərin özünü tapançayla yaralaması hasdisəsini araşdırır", - deyə xəbərdə bildirilir.

Həmin şəxsə tibbi yardım göstərilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi