ABŞ-da Ağ Evə soxulmaq istəyən kişi saxlanılıb

ABŞ-da Ağ Evə soxulmaq istəyən kişi saxlanılıb ABŞ Məxfi Xidmətinin əməkdaşları ölkənin Maliyyə Nazirliyi binası yaxınlığından Ağ Ev ərazisinə soxulmağa çalışan naməlum şəxsi saxlayıblar.
Digər ölkələr
15 İyun , 2019 11:40
ABŞ-da Ağ Evə soxulmaq istəyən kişi saxlanılıb

ABŞ Məxfi Xidmətinin əməkdaşları ölkənin Maliyyə Nazirliyi binası yaxınlığından Ağ Ev ərazisinə soxulmağa çalışan naməlum şəxsi saxlayıblar.

"Report" xəbər verir ki, bu barədə NBC telekanalı Xidmətin bəyanatına istinad edərək məlumat verib.

"Kişi Maliyyə Nazirliyi binasının şimal-qərb tərəfindən maneələri aşmağa çalışıb. O, dərhal Məxfi Xidmət əməkdaşları tərəfindən saxlanılıb", - məlumatda deyilir.

Saxlanılan şəxsə polis məmuruna hücum və qanunsuz girişə cəhd üzrə ittiham irəli sürülüb. Kişinin adı açıqlanmır. Hazırda onun işi ilə Vaşinqton polisi məşğul olur.

Son xəbərlər

Orphus sistemi