Yuxarı

ABŞ-da 9 afroamerikalını qətlə yetirən şəxs ölüm hökmünə məhkum edilib

ABŞ-da 9 afroamerikalını qətlə yetirən şəxs ölüm hökmünə məhkum edilib
Ona qarşı 33 maddə üzrə ittiham irəli sürülüb

Bakı. 11 yanvar. REPORT.AZ/ 2015-ci ildə ABŞ-ın Cənubi Karolina ştatındakı kilsələrdən birində 9 afroamerikalını qətlə yetirməkdə müqəssir bilinən Dilan Ruf ölüm hökmünə məhkum edilib.

"Report" "Frans Press"ə istinadən xəbər verir ki, müvafiq qərar çərşənbə axşamı prisyajnılar məhkəməsi tərəfindən çıxarılıb.

2015-ci ilin iyununda 22 yaşlı ağ amerikalı Dilan Ruf Cənubi Karolinanın Çarlston şəhərindəki kilsədə doqquz afroamerikalını güllələyib. Ona qarşı 33 maddə üzrə ittiham irəli sürülüb və o, bütün maddələr üzrə müqəssir bilinib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi