ABŞ-da 6,8 bal gücündə zəlzələ baş verib

ABŞ-da 6,8 bal gücündə zəlzələ baş verib Yeraltı təkanların mərkəzi Kaliforniya ştatının Ferndeyl şəhərindən 165 kilometr qərbdə olub
Digər ölkələr
8 Dekabr , 2016 19:42
ABŞ-da 6,8 bal gücündə zəlzələ baş verib

Bakı. 8 dekabr. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatının sahillərində 6,8 bal gücündə zəlzələ baş verib.

“Report”un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanların episentri Ferndeyl şəhərindən 165 kilometr qərbdə olub. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib. 

Hazırda dağıntılar və xəsarət alanlar barədə heç bir məlumat daxil olmayıb. Sunami təhlükəsi barədə xəbərdarlıq elan olunmayıb.

Son xəbərlər

Orphus sistemi