ABŞ-da 4 nəfər güllələnib

ABŞ-da 4 nəfər güllələnib Bakı. 11 fevral. REPORT.AZ/ ABŞ-da kişi 4 nəfəri güllələyib.
Digər ölkələr
11 Fevral , 2018 07:59
ABŞ-da 4 nəfər güllələnib

Bakı. 11 fevral. REPORT.AZ/ ABŞ-da kişi 4 nəfəri güllələyib.

"Report" TASS-a istinadən xəbər verir ki, hadisə Kentukki ştatının Conson dairəsində baş verib.

Polis şerifi "Facebook"da bildirib ki, asayiş keşikçiləri dairənin şimal hissəsində atışmanın baş verməsi haqda xəbər alıblar. Hadisə yerinə gedən polis 2 nəfərin güllələndiyini görüb. 

Cinayəti törətməkdə şübhəli bilinən şəxs avtomobildə gizlənib. O, axtarışa verilib. Axtarışlarda ştat polisi iştirak edib.

Daha sonra polis şübhəli şəxsin avtomobilini yaşayış evinin yanında aşkarlayıb. Onlar avtomobilin yanında daha 2 cəsədi tapıblar.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, polisin gəlişinə qədər cinayətkar da özünü öldürüb. Polisdən cinayətin hansı səbəblərlə bağlı olduğu deyilməyib. 

Son xəbərlər

Orphus sistemi