Yuxarı

ABŞ-da 19 avtomobil toqquşub, 35 nəfər yaralanıb

ABŞ-da 19 avtomobil toqquşub, 35 nəfər yaralanıb
© Sputnik

Bakı. 17 yanvar. REPORT.AZ/ ABŞ-ın Cənubi Kaliforniya bölgəsində hökm sürən kəskin hava şəraiti ağır yol qəzasına səbəb olub.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, Los-Anceles yaxınlığında baş verən hadisə zamanı 19 avtomobil toqquşub. Nəticədə 35 nəfər xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib. 

Hüquq-mühafizə orqanından bildirilib ki, qəza nəticəsində ölən olmayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi