ABŞ-da 16 yaşlı yeniyetmə ailə üzvlərini güllələyib - VİDEO

ABŞ-da 16 yaşlı yeniyetmə ailə üzvlərini güllələyib - VİDEO Bakı. 1 yanvar. REPORT.AZ/ ABŞ-da 16 yaşlı yeniyetmə özünün ailə üzvlərini güllələyib.
Digər ölkələr
1 Yanvar , 2018 20:48
ABŞ-da 16 yaşlı yeniyetmə ailə üzvlərini güllələyib - VİDEO

Bakı. 1 yanvar. REPORT.AZ/ ABŞ-da 16 yaşlı yeniyetmə özünün ailə üzvlərini güllələyib.

"Report" xəbər verir ki, bu barədə "NBC" məlumat yayıb.

Qeyd edilir ki, Nyu-Cersi ştatının polis əməkdaşları üç qohumunu, həmçinin ailənin dostunu qətlə yetirən 16 yaşlı yeniyetməni şübhəli şəxs qismində saxlayıblar. O, Yeni il ərəfəsində öz ata-anasını, bacısını və ailənin dostunu tüfəngdən atəş açaraq öldürüb.

Yerli prokurorun sözlərinə görə, adı açıqlanmayan şübhəli şəxsin qardaşı və babası hadisə zamanı evdə olmayıblar.

Yeniyetməyə 48 saat ərzində cinayət məcəlləsinin dörd maddəsi, həmçinin digər maddələr üzrə ittihamlar irəli sürüləcək. 

Son xəbərlər

Orphus sistemi