ABŞ-da 112 sərnişinin olduğu təyyarə uçuş-enmə zolağından kənara çıxıb

ABŞ-da 112 sərnişinin olduğu təyyarə uçuş-enmə zolağından kənara çıxıb Bakı. 6 dekabr. REPORT.AZ/ ABŞ-da Southwest Airlines şirkətinə məxsus Boeing 737-700 sərnişin təyyarəsi Kaliforniya ştatının, Los-Anceles dairəsinin Boba-Hopa hava limanında uçuş-enmə zolağından kənara çıxıb.
Digər ölkələr
6 Dekabr , 2018 23:50
ABŞ-da 112 sərnişinin olduğu təyyarə uçuş-enmə zolağından kənara çıxıb

Bakı. 6 dekabr. REPORT.AZ/ ABŞ-da "Southwest Airlines" şirkətinə məxsus "Boeing 737-700" sərnişin təyyarəsi Kaliforniya ştatının, Los-Anceles dairəsinin Boba-Hopa hava limanında uçuş-enmə zolağından kənara çıxıb.

Bu barədə "Report" CNN-ə istinadən xəbər verir. Bildirilir ki, 278-ci reys Oklenddən Byorbanka uçurmuş.

Hadisə zamanı "Boeing 737-700" təyyarəsində 112 sərnişin və 5 heyət üzvü olub. Onlardan heç biri xəsarət almayıb.

ABŞ-ın Mülki Aviasiyasının Federal İdarəsindən bildirilib ki, hadisəyə güclü yağış səbəb olub. 

Son xəbərlər

Orphus sistemi