Yuxarı

ABŞ Cənubi Koreyada THAAD-ın yerləşdirilməsinə başlayıb

ABŞ Cənubi Koreyada THAAD-ın yerləşdirilməsinə başlayıb
Sistemin quraşdırılması 2017-ci ilin sonunadək bitəcək

Bakı. 26 aprel. REPORT.AZ/ Amerika hərbçiləri Cənubi Koreyada THAAD raket əleyhinə müdafiə sistemlərinin yeni elementlərinin yerləşdirilməsinə başlayıb.

"Report" xəbər verir ki, bu barədə Cənubi Koreyanın Müdafiə Nazirliyinə istinadən "Renxap" məlumat yayıb.

"Bu tədbir meydanda avadanlıqların hissələrinin yerləşdirilməsi yolu ilə əməliyyat imkanlarının erkən təmin edilməsi üçün nəzərdə tutulub", - deyə idarədən bildirilib.

Qeyd olunur ki, sistemin quraşdırılması 2017-ci ilin sonunadək bitəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi