ABŞ, Britaniya, Fransa və Ukrayna BMT TŞ-nin Suriya üzrə iclasını tərk edib

ABŞ, Britaniya, Fransa və Ukrayna BMT TŞ-nin Suriya üzrə iclasını tərk edib Suriya səfiri: "Bu ölkələrin hökumətləri terrorçularla əlaqəlidirlər"
Digər ölkələr
27 Oktyabr , 2016 03:59
ABŞ, Britaniya, Fransa və Ukrayna BMT TŞ-nin Suriya üzrə iclasını tərk edib

Bakı. 27 oktyabr. REPORT.AZ/ Böyük Britaniya, ABŞ, Fransa və Ukrayna BMT Təhlükəsizlik Şurasının Suriyada humanitar vəziyyətə həsr olunmuş iclasında demarş nümayiş etdirib.

"Report" xəbər verir ki, sözügedən ölkələrin BMT yanındakı daimi nümayəndələri Suriya səfiri Bəşər Cəəfəri çıxış edən zaman zalı tərk ediblər.

Diplomat bildirib ki, Qərb ölkələri "tutuquşu kimi Suriya ordusunun Rusiyanın dəstəyi ilə apardığı əməliyyatlar barədə yalanları təkrar edir".

"Bu ölkələr terrorçulardan informasiya mənbəyindən asılı olan kimi asılı olduqları halda, onlarla necə mübarizə apara bilərlər? Bu ölkələrin hökumətləri terrorçularla əlaqəlidirlər", - deyə Cəəfəri qeyd edib.

O, Mosulun İŞİD terror təşkilatından azad olunması üzrə əməliyyatlara göstərilən beynəlxalq dəstəyə diqqət çəkərək bildirib ki, Suriya da Hələbin terrorçulardan azad edilməsi üçün eyni hüquqa malikdir.

Rusiyanın qurumdakı daimi nümayəndəsi Vitali Çurkin həmkarlarının hərəkətini qəribə və yersiz adlandırıb, lakin onların bunu müntəzəm olaraq etdiyini qeyd edib.

"Amma siz bilirsiniz ki, bu, diplomatların ixtiyarında olan alətlərdən biridir. Başqa vasitə olmadıqda, bəzən buna müraciət edirsən", - deyə o əlavə edib.

Zalı tərk edən Britaniya nümayəndəsi Mettyu Raykroft öz davranışını belə izah edib:

"Mən bunu ona görə etdim ki, Suriya rejimi Rusiyaya nisbətdə daha xəyali dünyada yaşayır".

Son xəbərlər

Orphus sistemi