ABŞ Boko Haramla mübarizədə Kameruna yardım edir

ABŞ Boko Haramla mübarizədə Kameruna yardım edir Kamerun intiharçı hücumları nəticəsindən 100-dən çox mülki vətəndaş qurban verib.
Digər ölkələr
18 Oktyabr , 2015 10:53
ABŞ Boko Haramla mübarizədə Kameruna yardım edir

Bakı. 18 oktyabr. REPORT.AZ/ ABŞ Boko Haram terrorçuları ilə mübarizədə yardım məqsədilə Kameruna hərbi təchizat və kiçik əsgər kontingenti göndərib.

"Report" "Amerikanın səsinə" istinadən xəbər verir ki, ABŞ Afrika Komandanlığının komandiri general Deyvid Rodrigez deyib ki, söz verilən 300 əsgərdən 90-nı artıq Kameruna getmək üçün yola düşüb.

ABŞ-ın göndərdiyi hərbi təchizatlara isə əsasən minaları müəyyən edə bilər zirehli maşınlar daxildir. Kamerun hərbi təchizatından məsul polkovnik Cin Cek Fouda təchizatların tam siyahısını açıqlmasa da deyib ki, Kamerunun heç zaman sahib olmadığı ən yaxşı zirehli maşınlar əldə edib.

“Bu maşınlar patrul missiyası zamanı və eləcə də minalarla mübarizədə əsgərləri qoruyur” – deyə o bildirib.

Son bir neçə ayda Boko Haram yaraqlıları Kamerunun Nigeriya ilə sərhədində intihatçı hücumları həyata keçirməklə yanaşı, yollara minalar da basdırır. Kamerun intiharçı hücumları nəticəsindən 100-dən çox mülki vətəndaş qurban verib.

ABŞ hökuməti terrorizmlə mübarizəyə yardım məqsədilə Kameruna 300 əsgər göndərəcəyini bəyan edib.

Son xəbərlər

Orphus sistemi