Yuxarı

ABŞ BMT-yə maliyyə yardımını azaldıb

ABŞ BMT-yə maliyyə yardımını azaldıb
“Vətəndaşlarımızın səxavətindən sui-istifadə edilməsinə icazə vermərik”
© Foto: Ej Hersom — ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli

Bakı. 25 dekabr. REPORT.AZ/ ABŞ hakimiyyəti 2018-2019-cu illərdə BMT-nin maliyyələşdirilməsinə maliyyə yardımının 285 milyon dollar azaldılması barədə qərar qəbul edib.

“Report” İsrai KİV-inə istinadən xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bildirib.

“Biz ABŞ vətəndaşlarının səxavətindən sui-istifadə edilməsinə icazə vermərik”, - deyə o vurğulayıb.

Qeyd edək ki, BMT-nin illik büdcəsinin 22 faizini, 3 milyard dollardan çoxunu ABŞ maliyyələşdirir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi