ABŞ BMT-nin İsrailin Qəzzadakı əməllərini pisləyən qətnaməsini rədd edib

ABŞ BMT-nin İsrailin Qəzzadakı əməllərini pisləyən qətnaməsini rədd edib Vaşinqton Fələstin-İsrail münaqişəsi üzrə qətnamə layihəsinə veto qoyub
Digər ölkələr
2 İyun , 2018 07:46
ABŞ BMT-nin İsrailin Qəzzadakı əməllərini pisləyən qətnaməsini rədd edib

Bakı. 2 iyun. REPORT.AZ/ ABŞ BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) İsrailin fələstinlilərə qarşı güc tətbiqini pisləyən Fələstin-İsrail münaqişəsi üzrə qətnamə layihəsinə veto qoyub.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, TŞ-nin Rusiya da daxil olmaqla 10 üzvü sənədin lehinə, ABŞ isə əleyhinə səs verib. Dörd üzv ölkə bitərəf qalıb.

"Qətnamə layihəsi qəbul olunmadı, çünki TŞ-nin daimi üzvü onun əleyhinə səs verdi", - deyə TŞ-nin sədri, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib.

ABŞ BMT TŞ-nin 5 daimi üzvündən biri kimi veto qoymaq hüququna malikdir.

Son xəbərlər

Orphus sistemi