Yuxarı

ABŞ BMT-nin İnsan Haqları Şurasından çıxa bilər

ABŞ BMT-nin İnsan Haqları Şurasından çıxa bilər
Vaşinqtonu Şuranın anti-İsrail siyasəti və üzvlərin şübhəli tərkibi qane etmir

Bakı. 26 fevral. REPORT.AZ/ Prezident Donald Trampın administrasiyası ABŞ-ın BMT-nin İnsan Haqları Şurasından çıxmaq imkanlarını nəzərdən keçirir.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş və indiki rəsmi şəxsləri ilə əlaqədə olan mənbələrə istinadən “Politico” nəşri məlumat yayıb.

Yekun qərarın qəbul olunmasında dövlət katibi Reks Tillerson, ABŞ-ın BMT yanında daimi nümayəndəsi Nikki Heyli və prezidentin özünün iştirakı gözlənilir.

Tramp administrasiyasının Şuraya olan iradları arasında anti-İsrail siyasəti, ümumi təhlükəsizlik və üzvlərin şübhəli tərkibi (Məsələn, Çin və Səudiyyə Ərəbistanı) var.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi