ABŞ Bağdaddakı səfirliyə edilən raket hücumuna münasibət bildirib

ABŞ Bağdaddakı səfirliyə edilən raket hücumuna münasibət bildirib Rəsmi Vaşinqton ABŞ-ın İraqın paytaxtı Bağdaddakı səfirliyinin ərazisinə atılan raketlərə münasibət bildirib.
Digər ölkələr
27 Yanvar , 2020 04:29
ABŞ Bağdaddakı səfirliyə edilən raket hücumuna münasibət bildirib

Rəsmi Vaşinqton ABŞ-ın İraqın paytaxtı Bağdaddakı səfirliyinin ərazisinə atılan raketlərə münasibət bildirib.

“Report” xəbər verir ki, Dövlət Departamentinin nümayəndəsi RİA “Novosti”yə açıqlamasında: 

“Beynəlxalq zonaya raketlərin atılması ilə bağlı məlumatlardan xəbərdarıq. İraq hakimiyyətini diplomatik obyektlərin qorunması ilə bağlı üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməyə çağırırıq”, deyə, bildirib. 

Onun sözlərinə görə, İraqda vəziyyət gərgin olaraq qalır: “İranın dəstək verdiyi qruplar təhlükəsizliyə təhdid yaratmaqda davam edirlər”.

Son xəbərlər

Orphus sistemi