ABŞ B61 nüvə bombasını sınaqdan keçirib

ABŞ B61 nüvə bombasını sınaqdan keçirib Nüvə hissələri ilə təchiz edilməyən bomba F-15E qırıcılarından atılıb
Digər ölkələr
29 Avqust , 2017 03:37
ABŞ B61 nüvə bombasını sınaqdan keçirib

Bakı. 29 avqust. REPORT.AZ/ ABŞ-ın Energetika Nazirliyinin Nüvə Təhlükəsizliyi Milli İdarəsi avqustun əvvəlində Nevada ştatında ölkənin Hərbi Hava Qüvvələri ilə birgə B61 nüvə bombası modifikasiyasının iki sınağını həyata keçirib.

"Report" xəbər verir ki, nüvə hissələri ilə təchiz edilməyən bomba F-15E qırıcılarından atılıb.

Sınaq zamanı bombanın qeyri-nüvə funksiyaları, eləcə də təyyarənin silah daşımaq qabiliyyəti qiymətləndirilib.

Bu sınaqlar döyüş sursatının xidmət müddətinin uzadılması proqramı çərçivəsində həyata keçirilib.

Son xəbərlər

Orphus sistemi