ABŞ Avropa ölkələrini İŞİD yaraqlılarını "geri götürməy"ə çağırıb

ABŞ Avropa ölkələrini İŞİD yaraqlılarını "geri götürməy"ə çağırıb Bakı. 17 fevral. REPORT.AZ/ Amerika lideri Donald Tramp Avropa İttifaqı ölkələrini İŞİD terror qruplaşmasının 800-dən çox yaraqlısını geri götürməyə və onları məhkəmə qarşısına çıxartmağa çağırıb.
Digər ölkələr
17 Fevral , 2019 10:47
ABŞ Avropa ölkələrini İŞİD yaraqlılarını geri götürməyə çağırıb

Bakı. 17 fevral. REPORT.AZ/ Amerika lideri Donald Tramp Avropa İttifaqı ölkələrini İŞİD terror qruplaşmasının 800-dən çox yaraqlısını "geri götürməy"ə və onları məhkəmə qarşısına çıxartmağa çağırıb.

“Report” xəbər verir ki, o bunu "Twitter" mikrobloqunda yazıb.

"Birləşmiş Ştatlar Böyük Britaniya, Fransa, Almaniya və Avropadan olan digər müttəfiqlərindən Suriyada yaxaladığımız 800-dən çox İŞİD yaraqlısını geri götürməyi və onları məhkəmə qarşısına çıxartmağı xahiş edir", - deyə Tramp bildirib.

O əlavə edib ki, "alternativ variant heç də yaxşı deyil", yəni ABŞ onları azad etmək məcburiyyətində qalacaq.

Daha əvvəl KİV ABŞ-ın öz qoşunlarını Suriyadan tamamilə çıxartmaq niyyətində olduğunu yazıb.

Son xəbərlər

Orphus sistemi