ABŞ Astanada Suriya üzrə danışıqlara nümayəndə heyəti göndərməyəcək

ABŞ Astanada Suriya üzrə danışıqlara nümayəndə heyəti göndərməyəcək Görüş yanvarın 23-də keçiriləcək
Digər ölkələr
21 Yanvar , 2017 20:23
ABŞ Astanada Suriya üzrə danışıqlara nümayəndə heyəti göndərməyəcək

Bakı. 21 yanvar. REPORT.AZ/ ABŞ-ın Qazaxıstandakı səfiri Corc Krol Astanada aparılacaq Suriya üzrə danışıqlarda Vaşinqtonu təmsil edəcək.

“Report” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatına istinadən “Reuters” məlumat yayıb.

Bəyanatda qeyd olunur ki, Birləşmiş Ştatlar Astanada keçiriləcək görüşə ayrıca nümayəndə heyəti göndərməyəcək.

Danışıqlar Suriyadakı silahlı müxalifətin vahid nümayəndə heyəti və hökumət təmsilçilərinin iştirakı ilə yanvarın 23-də Qazaxıstanın paytaxtında aparılacaq. Görüşə BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura dəvət olunub.

Son xəbərlər

Orphus sistemi