ABŞ artıq Bəşşar Əsədin devrilməsini istəmir

ABŞ artıq Bəşşar Əsədin devrilməsini istəmir Nikki Heyli: “Barak Obama Bəşşar Əsədi devirməyə cəhd etsə də, Donald Trampın prezidentliyi dövründə belə siyasət yürüdülməyəcək”
Digər ölkələr
31 Mart , 2017 10:32
ABŞ artıq Bəşşar Əsədin devrilməsini istəmir

Bakı. 31 mart. REPORT.AZ/ “Suriya prezidenti Bəşşar Əsəd hakimiyyətinin devrilməsi ABŞ-ın bu ölkə üzrə siyasətinin əsasını təşkil etmir”.

“Report” BBC-yə istinadən xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli bildirib.

“ABŞ üçün başlıca məsələ suriyalıların firavan həyatı üçün mümkün dəyişiklikləri etməyə yollar axtarmaqdır. Barak Obama Bəşşar Əsədi devirməyə cəhd etsə də, Donald Trampın prezidentliyi dövründə belə siyasət yürüdülməyəcək”, - deyə, amerikalı diplomat vurğulayıb.

Son xəbərlər

Orphus sistemi