Yuxarı

ABŞ Aİ-nin İrana 20,7 mln. dollar ayırmaq niyyətindən narahatdır

ABŞ Aİ-nin İrana 20,7 mln. dollar ayırmaq niyyətindən narahatdır

Bakı. 25 avqust. REPORT.AZ/ Birləşmiş Ştatlar hökuməti hesab edir ki, Avropa İttifaqı (Aİ) rəhbərliyinin iqtisadi münasibətlərin genişləndirilməsi üçün İrana 20,7 milyon dollar ayırmaq niyyəti barədə bəyanatı "yalnış zamanda yalnış mesajdır".

“Report” TASS-a istinadən xəbər verir ki, bunu cümə günü ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk deyib.

"Avropanın vergi ödəyiciləri tərəfindən göstərilən xarici yardımlar [Tehran] rejiminə öz xalqının ehtiyaclarına qarşı laqeydliyini davam etdirmək imkan verir", - deyə Dövlət Departamentinin mətbuat xidməti onun sözlərini sitat gətirib.

O həmçinin qeyd edib ki, ABŞ və Aİ "İran xalqının dəstəkləyəcəyi və İran hakimiyyətinin bölgədəki təhlükəsizlik üçün yaratdığı təhdidə son qoyacaq" uzunmüddətli qərarın axtarılıb tapılması üzərində birgə işləməlidir.

Avropa Komissiyası avqustun 23-də İrana 18 milyon avro məbləğində (21 mln. dollardan bir qədər az) birinci yardım paketinin ayrılmasını təsdiq edib. Qeyd olunur ki, bu tədbir sözügedən ölkə üçün 50 milyon avro məbləğində daha geniş yardım paketi çərçivəsində atılan birinci addımdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi