​ABŞ Afrika və Avropa ölkələri ilə birlikdə Aralıq dənizində hərbi təlimlər keçirəcək

​ABŞ Afrika və Avropa ölkələri ilə birlikdə Aralıq dənizində hərbi təlimlər keçirəcək Təlimlərdə Yunanıstan, İtaliya, Türkiyə, Əlcəzair, Misir, İspaniya, Mavritaniya, Mərakeş, Malta, Tunis iştirak edəcək
Digər ölkələr
13 May , 2016 08:33
​ABŞ Afrika və Avropa ölkələri ilə birlikdə Aralıq dənizində hərbi təlimlər keçirəcək

Bakı. 13 may. REPORT.AZ/ ABŞ və 10 Avropa ölkəsinin hərbi dəniz qüvvələri yaxın günlərdə Aralıq dənizində hərbi təlimlərə başlayacaqlar. 

"Report" xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin yaydığı açıqlamada bildirilir.

Taktik təlimlərin əsas məsələləri qeyri-leqal miqrasiyanın, kütləvi qırğın silahlarının avadanlıqlarının daşınmasının və qanunsuz ticarətinin qarşısının alınmasından ibarət olacaq

Təlimlərdə Yunanıstan, İtaliya, Türkiyə, Əlcəzair, Misir, İspaniya, Mavritaniya, Mərakeş, Malta, Tunis, Birləşmiş Ştatlar iştirak edəcəklər. 

Təlimlər mayın 17-də başlayacaq və 10 gün davam edəcək.

Son xəbərlər

Orphus sistemi