Bakı. 15 mart. REPORT.AZ/ Birləşmiş Ştatların şərq sahilində qar və çovğun nəticəsində 3 nəfər ölüb.
"Report" xəbər verir ki, bu barədə çərşənbə axşamı CNN telekanalı məlumat yayıb.
Bildirilir ki, iki nəfər Miluoki şəhərində (Viskonsin ştatı) ölüb. On altı yaşlı bir qız isə Qilford şəhərində (Nyu-Hempşir) baş verən yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişib.