Yuxarı

ABŞ 60 rusiyalı kəşfiyyat zabitini ölkədən çıxarır və Sietldəki baş konsulluğu bağlayır

ABŞ 60 rusiyalı kəşfiyyat zabitini ölkədən çıxarır və Sietldəki baş konsulluğu bağlayır
Rusiya XİN: Moskva analoji addımlar atacaq

Bakı. 26 mart. REPORT.AZ/ ABŞ "Skripal işi"ndə Böyük Britaniyayla həmrəy olduğunu göstərmək üçün 60 rusiyalı kəşfiyyat zabitini ölkədən çıxarmaq və Rusiya Federasiyasının Sietldəki baş konsulluğunu bağlamaq barədə qərar qəbul edib.

"Report" "Politico"ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə ABŞ administrasiyasından olan məmur məlumat verib.

Məmurun bildirdiyinə görə, bu gün Prezident Donald Tramp onlarla rusiyalı kəşfiyyatçını ölkədən çıxarmaq və sualtı qayıq bazalarından birinə yaxın olması səbəbindən Sietldəki Rusiya baş konsulluğunu bağlamaq barədə sərəncam imzalayıb.

Rusiya Xarici İşlər Nazirliyindən isə rəsmi Moskvanın analoji addımlar atılacağı və ABŞ-ın diplomatik missiyasının azı 60 əməkdaşının ölkədən göndəriləcəyi bildirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi