​ABŞ 40 illik qadağadan sonra ilk neft partiyasını ixraca göndərib

​ABŞ 40 illik qadağadan sonra ilk neft partiyasını ixraca göndərib Neft dolu tanker Texas ştatından İtaliya istiqamətində yola salınıb
Digər ölkələr
1 Yanvar , 2016 21:15
​ABŞ 40 illik qadağadan sonra ilk neft partiyasını ixraca göndərib

Bakı. 1 yanvar. REPORT.AZ/ Bu gün Birləşmiş Ştatlar 40 illik embarqodan sonra ilk neft partiyasını ixraca göndərib.

"Report" "Bloomberg"ə istinadən xəbər verir ki, tanker Amerikanın "ConocoPhillips" şirkətinə məxsusdur və Texasdan İtaliyaya istiqamət alıb.

"Qara qızıl"ın alıcısı dünyanın böyük neft treyderi olan "Vitol" İsveçrə-Niderland şirkətidir.

Agentliyin məlumatına görə, ABŞ yaxın günlərdə "Vitol" şirkətinə daha bir neft partiyası göndərəcək. Beləliklə, yanvarın ilk həftəsində Texasın cənub hissəsindən 600 min barelə yaxın neft yola salına bilər.

Amerika neftinin ixracına 1975-ci ildə qadağa qoyulub və bu, 40 il davam edib. Ötən ilin sonunda qadağa aradan qaldırılıb.

Son xəbərlər

Orphus sistemi