Yuxarı

ABŞ 200 hərbçisini Suriyada saxlayacaq

Bakı. 22 fevral. REPORT.AZ/ ABŞ qoşunlarını Suriyadan çıxardıqdan sonra 200 nəfərdən ibarət hərbçisini "kiçik sülhməramlı kontingent" qismində bu ərəb ölkəsində saxlamaq niyyətindədir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü Ağ evə istinadən "Reuters" məlumat yayıb.

"Tərkibində təqribən 200 nəfərin olacağı kiçik sülhməramlı kontingent bir müddət Suriyada qalacaq", - deyə agentlik Ağ evin mətbuat katibi Sara Sandersin bəyanatını sitat gətirib.

ABŞ prezidenti Donald Tramp dekabrın 10-da Amerika qoşunlarının Suriyadan çıxarılması barədə qərar qəbul edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi