70-dən artıq almaniyalı qadın İŞİD-ə qoşulmaq üçün İraq və Suriyaya gedib

70-dən artıq almaniyalı qadın İŞİD-ə qoşulmaq üçün İraq və Suriyaya gedib Almaniya əks-kəşfiyyat idarəsindən bildiriblər ki, İŞİD daha çox qadınlar arasında təbliğat aparır
Digər ölkələr
29 Mart , 2015 16:51
70-dən artıq almaniyalı qadın İŞİD-ə qoşulmaq üçün İraq və Suriyaya gedib

Bakı. 29 mart. REPORT.AZ/ 70-dən artıq almaniyalı qadın ekstremist qruplaşmalara qoşulmaq üçün Suriya və İraqa gedib. 

"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə Konstitusiyanın Müdafiəsi üzrə Federal İdarənin rəhbəri (BFF - Almaniya əks-kəşfiyyat idarəsi) Hans-Georq Maassen bildirib. 

Onun sözlərinə görə, bu qadınların 40%-nin yaşı 25-dən aşağıdır, 9 nəfəri isə yetkinlik yaşına çatmayıb. 

H.Maassen qeyd edib ki, İŞİD qruplaşması daha çox qadınlar arasında təbliğat aparır: "İŞİD üzvləri gənc qızlarla məqsədyönlü əlaqə saxlayır və onları qaynar nöqtələrə getməyə təhrik edir. Sosial şəbəkələrdə həmin yerlərdə həyatın romantik təsvirləri ilə gündəliklər mövcuddur". 

Almaniya əks-kəşfiyyat idarəsinin məlumatına əsasən, Almaniyadan Suriya və İraqa ekstremist qruplaşmaların sıralarında döyüşməyə gedənlərin sayı 650 nəfər təşkil edir. 

Son xəbərlər

Orphus sistemi