Yuxarı

65 il birgə yaşayan cütlük koronavirusdan eyni gündə öldü

​65 il birgə yaşayan cütlük koronavirusdan eyni gündə öldü
Dinlə

3228

ABŞ-da 65 il birgə yaşayan ər və həyat yoldaşı koronavirusdan bir neçə saat fərqi ilə dünyasını dəyişiblər.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə onların nəvəsi Stiven Neş özünün “Twitter” hesabında yazıb.

İllinoys ştatının Çikaqo şəhərindən olan cütlüyün 6 övladı və 18 nəvəsi qalıb.

ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri bildirib ki, ölkədə koronavirusdan ölənlərin 80 faizi yaşı 65-dən yuxarı olanlardır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi