​54 jurnalist terrorçuların əlində girovdur

​54 jurnalist terrorçuların əlində girovdur Jurnalistlərin girov götürülməsi hadisələri ötən illə müqayisədə 35 faiz artıb
Digər ölkələr
15 Dekabr , 2015 12:49
​54 jurnalist terrorçuların əlində girovdur

Bakı. 15 dekabr. REPORT.AZ/ Hazırda dünyada biri qadın olmaqla 54 jurnalist girovdur.

"Report" xəbər verir ki, bu haqda "Sərhədsiz reportyorlar" təşkilatının hesabatında bildirilib.

Hesabata əsasən, onların 26-sı Suriya ərazisində terrorçu İŞİD qruplaşmasının əlində girovdur. Məlumata görə, jurnalistlərin girov götürülməsi hadisələri ötən illə müqayisədə 35 faiz artıb.

"Biz 2015-ci ildə jurnalistlərin oğurlanması və girov götürülməsi hadisələrinin artmasından çox narahatıq. Yəməndə bu il "Əl Qaidə" və husi silahlıları 33 jurnalist oğurlayıb. Hazırda onların əlində 13 jurnalist var", - Kristof Deluar vurğulayıb.

Məlumata görə, 2015-ci ildə azı 8 jurnalist Liviyada itkin düşüb. Qurum bildirib ki, bu ölkədə döyüşlər getdiyindən, onların axtarışı ilə məşğul olmaq çətinləşib. 

Son xəbərlər

Orphus sistemi