Yuxarı

İranın 5 kateri İngiltərəyə məxsus tankeri dayandırmaq istəyib

​5 İran kateri İngiltərə tankerini dayandırmaq istəyib

Hörmüz boğazında İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) beş kateri Böyük Britaniyaya məxsus tankeri dayandırmağa çalışıb.

“Report” “TASS” a istinadən xəbər verir ki, bu barədə CNN telekanalı ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat verib. Xəbərə əsasən, tanker Fars körfəzini tərk edən zaman beş kater ona yaxınlaşıb.

Ekipaja kursun dəyişdirilməsi və tankerin İranın ərazi sularında dayandırılması əmri verilib.

Lakin, tankeri müşayət edən Böyük Britaniyanın Kral Dəniz Donanmasına məxsus “Montrose” freqatı tələbi yerinə yetirməyib, iranlı əsgərlərin dərhal geri qaytımalarını və tankerə mane olmamaları barədə əmr veriblər. Nəticədə İran katerləri geri dönüb.

Televiziya ABŞ-ın iddia etdiyi hadisə ilə əlaqədar bir videoya sahib olduğunu da vurğulayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi