KİV: Ötən il İsrail hərbçiləri tərəfindən 149 fələstinli öldürülüb

KİV: Ötən il İsrail hərbçiləri tərəfindən 149 fələstinli öldürülüb Ötən il İsrail hərbçiləri tərəfindən 149 fələstinli öldürülüb.
Digər ölkələr
2 Yanvar , 2020 00:54
KİV: Ötən il İsrail hərbçiləri tərəfindən 149 fələstinli öldürülüb

Ötən il İsrail hərbçiləri tərəfindən 149 fələstinli öldürülüb.

"Report"un "Anadolu" agentliyinə istinadən məlumatına görə, bu barədə Fələstinin Şəhid Ailələri Milli Cəmiyyətinin xəbərində deyilir.

Qeyd edilir ki, öldürülənlər arasında 33 uşaq və 12 qadın da var.

Təşkilatın məlumatına görə, həlak olmuş 112 fələstinli Qəzza sektorunun sakini olub. Daha 37 fələstinli İordan çayının işğal edilmiş qərb sahilində, 69 nəfər isə İsrailin Hərbi Hava Qüvvələrinin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində həlak olub.

BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin məlumatına görə, 2018-ci ildə Qəzza sektorunda və İordan çayının qərb sahilində İsrail hərbçiləri tərəfindən 295 fələstinli öldürülüb.

Son xəbərlər

Orphus sistemi