2017-ci il Beynəlxalq turizm ili elan olunub

2017-ci il Beynəlxalq turizm ili elan olunub BMT-nin məlumatına görə, hər il bir milyarddan çox insan başqa ölkələrə səyahət edir
Digər ölkələr
9 Dekabr , 2015 09:55
2017-ci il Beynəlxalq turizm ili elan olunub

Bakı. 9 dekab. REPORT.AZ/ BMT Baş Assambleyası 2017-ci ili Beynəlxalq turizm ili elan edib. "Report" xəbər verir ki, bu məsələ ilə bağlı qəbul olunmuş qətnamədə Assambleya deputatları bütün dövlətlərə təşviqat və davamlı inkişafı, xüsusilə yoxsulluğun aradan qaldırılmasını sürətləndirmək üçün bir vasitə kimi turizmə dəstək verməyi təklif edib.

BMT-nin məlumatına görə, hər il bir milyarddan çox insan başqa ölkələrə səyahət edir. Bunun sayəsində turizm iqtisadiyyatın aparıcı sektoruna çevrilib. Onun payına dünya üzrə ÜDM-in 10, dünya ixracatının isə 6 %-i düşür.

Son xəbərlər

Orphus sistemi