2015-ci ildən bu yana Yəməndə 11 mindən çox üsyançı ölüb

2015-ci ildən bu yana Yəməndə 11 mindən çox üsyançı ölüb Onlar hökumət qüvvələri ilə toqquşmalarda və koalisiyanın bombardımanları nəticəsində həlak olublar
Digər ölkələr
21 Dekabr , 2017 05:55
2015-ci ildən bu yana Yəməndə 11 mindən çox üsyançı ölüb

Bakı. 21 dekabr. REPORT.AZ/ 2015-ci ilin yazından başlayaraq Yəmən ərazisində hökumət qoşunları ilə baş verən silahlı toqquşmalar zamanı və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının əməliyyatları nəticəsində "Ənsar Allah" hərəkatının (husilər) 11 mindən çox tərəfdarı həyatını itirib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü Yəməndə fəaliyyət göstərən koalisiya qüvvələrinin rəsmi nümayəndəsi Turki əl-Malikiyə istinadən "Al Jazeera" telekanalı məlumat yayıb.

O bildirib ki, koalisiyanın hesablamalarına görə, hərəkat üzvləri 2015-ci ilin yazından bu yana Səudiyyə Ərəbistanı ərazisinə 83 ballistik raket atıblar.

Koalisiya təmsilçisinin sözlərinə görə, hazırda Yəmən ərazisinin 85 faizi qanuni hökumətin tərəfində çıxış edən qüvvələrin nəzarəti altındadır.

Son xəbərlər

Orphus sistemi