Bakı. 30 noyabr. REPORT.AZ/ Cari ilin əvvəlindən Avropa İttifaqı ölkələrinə 1,5 milyon qeyri-leqal miqrant gəlib.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk məlumat verib.
"2015-ci ildə təqribən 1,5 milyon nəfər qeyri-leqal Avropa İttifaqına gəlib. Onların bəziləri sığınacaq axtarır və müharibədən qaçır, digərləri yaxşı həyat axtarışındadırlar, yalnız cüzi hissəsi bizim dəyərlərimizi məhv etmək niyyətindədir", - deyə o bildirib.