Yuxarı

Malayziya təyyarəsinin yoxa çıxması bununla bağlıdır - İDDİA

2014-cü ildə yoxa çıxan Malayziya təyyarəsi ilə bağlı yeni ehtimal

749

2014-cü ildə Hind okeanı üzərində “Malaysia Airlines”ə məxsus təyyarənin yoxa çıxması pilotun intiharı ilə bağlı ola bilər.

“Report” “The Australian”a istinadən xəbər verir ki, bu barədə həmin vaxt Avstraliyanın baş naziri olmuş Toni Abott bildirib.

“Malayziya hökumətinin yüksək rütbəli rəsmiləri arasında elə əvvəldən pilotun intiharı fikrinin qəbul olunduğunu çox aydın dərk edirdim. Kimin kimə nə dediyi barədə danışmaq istəmirəm, amma hadisənin məhz bundan ibarət olduğunu gözəl başa düşdüklərinə əmin idim”, - T.Abott deyib.

Xatırladaq ki, 2014-cü ilin 8 martına keçən gecə Kuala Lumpur hava limanından 227 sərnişin və 12 nəfərlik heyətlə qalxaraq Pekinə istiqamət alan “Boeing 777-200” tipli sərnişin təyyarəsi üstündən 2 saat keçmiş radar monitorlarından itib.

2015-ci ilin yanvar ayında Malayziya hökuməti təyyarənin qəzaya uğradığını, hava gəmisində olanların həlak olduqlarını açıqlayıb. İndiyədək həmin təyyarədən hər hansı iz və ya qalıq tapılmayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi