15 fələstinli İsrail hərbçiləri tərəfindən saxlanılıb

15 fələstinli İsrail hərbçiləri tərəfindən saxlanılıb Onlar sərhədi qanunsuz keçməkdə ittiham olunurlar
Digər ölkələr
17 Dekabr , 2017 20:54
15 fələstinli İsrail hərbçiləri tərəfindən saxlanılıb

Bakı. 17 dekabr. REPORT.AZ/ İsrail ordusunun hərbçiləri İordan çayının Qərb sahilindən yəhudi dövlətinin ərazisinə keçən 15 fələstinlini saxlayıblar.

“Report” xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti öz "Twitter" səhifəsində məlumat yerləşdirib.

"Bir müddət əvvəl sərhədçilərimiz Arabun kəndi yaxınlığında verilən həyəcan siqnalına qalxıblar....Onlar orada sərhədi qeyri-leqal keçən 15 nəfəri saxlayıblar. Sərhəd divarı yaxınlığında nərdivan tapılıb", — deyə bəyanatda bildirilir.

Mətbuat xidməti hadisənin təfərrüatları barədə məlumat verməyib.

Son xəbərlər

Orphus sistemi