Xorvatiya millisinin böyük turnirlərdə son 8 pley-off oyunundan 7-si əlavə vaxta gedib

Xorvatiya millisinin böyük turnirlərdə son 8 pley-off oyunundan 7-si əlavə vaxta gedib Xorvatiya millisinin dünya və Avropa çempionatlarının pley-off mərhələsində son 8 oyununun 7-si əlavə vaxta gedib.
Dünya Çempionatı - 2022
5 Dekabr , 2022 22:40
Xorvatiya millisinin böyük turnirlərdə son 8 pley-off oyunundan 7-si əlavə vaxta gedib

Xorvatiya millisinin dünya və Avropa çempionatlarının pley-off mərhələsində son 8 oyununun 7-si əlavə vaxta gedib.

"Report" xəbər verir ki, xorvatiyalılar ilk dəfə bu halla AVRO-2008-də üzləşiblər. Həmin vaxt kollektiv 1/4 finalda Türkiyə yığmasına 1:2 hesabı ilə uduzub.

Xorvatiya seçməsinin növbəti 3 belə oyunu isə 2018-ci ildə Rusiyada keçirilmiş mundiala təsadüf edib. Onlar 1/8 finalda Danimarkanı (1:1) və 1/4 finalda Rusiyanı (2:2) penaltilər seriyasında, yarımfinalda İngiltərəni isə (2:1) əlavə vaxtda üstələyiblər.

AVRO-2020-də İspaniyaya qarşı 1/8 final qarşılaşması isə əlavə vaxtda Pireney təmsilçisinin qələbəsi ilə başa çatıb - 5:3.

Qeyd edək ki, Xorvatiya millisi Qətərdə təşkil olunan dünya çempionatının 1/8 final mərhələsində Yaponiyanı məğlub edərək növbəti raunda adlayıb. Matçın əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında daha dəqiq (3:1) oynayan Avropa təmsilçisi adını 1/4 finala yazdırıb.

Son xəbərlər

Orphus sistemi