İspaniya millisinin yarımmüdafiəçisi dünya çempionatlarının tarixinə düşüb

İspaniya millisinin yarımmüdafiəçisi dünya çempionatlarının tarixinə düşüb İspaniya millisinin futbolçusu Qavi dünya çempionatlarının tarixinə düşüb.
Dünya Çempionatı - 2022
6 Dekabr , 2022 19:43
İspaniya millisinin yarımmüdafiəçisi dünya çempionatlarının tarixinə düşüb

İspaniya millisinin futbolçusu Qavi dünya çempionatlarının tarixinə düşüb.

"Report" xəbər verir ki, "Barselona"nın yarımmüdafiəçisi bunu Qətərdəki dünya çempionatında Mərakeş yığmasına qarşı 1/8 final matçında meydana çıxmaqla bacarıb.

O, Braziliya millisinin sabiq hücumçusu, üçqat dünya çempionu Peledən sonra mundialların pley-off mərhələsində çıxış edən ən gənc futbolçu olub - 18 yaş 23 gün. Əfsanəvi "sambaçı" isə pley-off matçında meydana çıxarkən 17 yaş 249 günlüyündə olub.

Qeyd edək ki, hazırda Mərakeş - İspaniya matçında ilk hissə oynanılır və hesab açılmayıb.

Son xəbərlər

Orphus sistemi