DÇ-2022: Pepe mundialların pley-offunda qol vuran ən yaşlı futbolçu olub

DÇ-2022: Pepe mundialların pley-offunda qol vuran ən yaşlı futbolçu olub Portuqaliya millisinin müdafiəçisi Pepe dünya çempionatının pley-off mərhələsində qol vuran ən yaşlı futbolçu olub.
Dünya Çempionatı - 2022
7 Dekabr , 2022 00:19
DÇ-2022: Pepe mundialların pley-offunda qol vuran ən yaşlı futbolçu olub

Portuqaliya millisinin müdafiəçisi Pepe dünya çempionatının pley-off mərhələsində qol vuran ən yaşlı futbolçu olub.

"Report"un məlumatına görə, arxa xətt oyunçusu buna İsveçrəyə qarşı keçirdikləri 1/8 final mərhələsinin görüşündə fərqlənməklə nail olub.

33-cü dəqiqədə rəqib qapısına yol tapan futbolçu həmin vaxt 39 yaş 9 aylığında olub.

Qeyd edək ki, hazırda qarşılaşmada 2-ci hissə oynanılır və Portuqaliya yığması hesabda öndədir - 2:0.

Son xəbərlər

Orphus sistemi