DÇ-2022: Danimarka - Tunis oyunu qolsuz heç-heçə ilə başa çatıb

DÇ-2022: Danimarka - Tunis oyunu qolsuz heç-heçə ilə başa çatıb Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürüb
Dünya Çempionatı - 2022
22 Noyabr , 2022 18:58
DÇ-2022: Danimarka - Tunis oyunu qolsuz heç-heçə ilə başa çatıb

Qətərdə keçirilən dünya çempionatının D qrupunda ilk tura start verilib.

"Report"un məlumatına görə, qrupun açılış oyununda Danimarka millisi Tunisi sınağa çəkib.

"Edyukeyşn Siti" stadionunda oynanılan görüşdə qapılara qol vurulmayıb.

Qeyd edək ki, bu qrupun digər matçında son dünya çempionu Fransa Avstraliya ilə qarşılaşacaq. Bu gün keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

18:05

Qətərdəki dünya çempionatında Danimarka və Tunis yığmaları arasında keçirilən D qrupunun ilk tur oyununda ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, ilk yarıdan sonra qarşılaşmada hesab açılmayıb.

17:50

Qətərdəki dünya çempionatında Danimarka və Tunis yığmaları arasında D qrupunun ilk tur oyununda birinci hissə başa çatıb. 

"Report"un məlumatına görə, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar. 

17:02

Qətərdəki dünya çempionatında Danimarka və Tunis yığmaları arasında D qrupunun ilk tur oyunu başlayıb.

"Report"un məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürüb.

15:57

Qətərdə keçirilən dünya çempionatının D qrupunun ilk turunda üz-üzə gələcək Danimarka və Tunis yığmalarının start heyətləri bəlli olub.

"Report"un məlumatına görə, komandalar meydana aşağıdakı "11-liklər"lə çıxacaqlar.

Danimarka: 1. Kasper Şmeyxel, 2. Yoaxim Andersen, 4. Simon Kyaer, 5. Yoakim Maehle, 6. Andreas Kristensen, 8. Tomas Delani, 10. Kristian Eriksen, 11. Andreas Skov Olsen, 12. Kasper Dolberq, 13. Rasmus Kristensen, 23. Pye-Emil Hoybyerq

Tunis: 16. Aymen Dahmen, 3. Talbi, 4. Yassin Meria, 6. Dilan Bronn, 7. Yussef Msakni, 9. İssam Cebali, 14. Aysa Layduni, 17. Elyess Sxiri, 20. Mohammed Draqer, 24. Ali Abdi, 25. Anis Slimani

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi