Rusiyanın Suriyadakı Xmeymim aviabazasına hücumu "Əhrar əş-Şam" terrorçuları təşkil edə bilər

Rusiyanın Suriyadakı Xmeymim aviabazasına hücumu "Əhrar əş-Şam" terrorçuları təşkil edə bilər Ələ keçirilən pilotsuz uçan aparatlar bunu deməyə əsas verir
Digər ölkələr
9 Yanvar , 2018 08:11
Rusiyanın Suriyadakı Xmeymim aviabazasına hücumu Əhrar əş-Şam terrorçuları təşkil edə bilər

Bakı. 9 yanvar. REPORT.AZ/ Rusiyanın Suriyada yerləşən Xmeymim aviabazasına hücumu "Əhrar əş-Şam" terror qruplaşması təşkil edə bilər.

“Report” xəbər verir ki, bu barədə hərbi mənbələrə istinadən "Kommersant" yazıb.

Bildirilir ki, bu qruplaşma Homsda Suriya ordusunun istehkam bölmələrinə zərbə endirmək üçün artıq bir dəfə PUA-lardan istifadəyə cəhd edib. Həmin vaxt dronlar sezilərək dərhal məhv edilib.

Nəşr yazır ki, bənzər aparatlardan dekabrın 31-dən yanvarın 1-nə keçən gecə Xmeymim bazasının minaatanlardan atəşə tutulması zamanı da yaraqlılar tərəfindən istifadə edilib.

Materialda bildirilir ki, "Əhrar əş-Şam"ın hadisədə iştirakını ələ keçirilən PUA-larla bağlı məlumatların deşifrə edilməsi də sübuta yetirir.

Terrorçuların Xmeymim aviabazasına hücumu nəticəsində 4 ədəd "Su-24" tipli cəbhə bombardımançı təyyarəsi, iki "Su-35C" çoxhədəfli qırıcısı və "An-72" hərbi nəqliyyat təyyarəsi məhv edilib.

Rusiyanın Müdafiə Nazirliyi dekabrın 31-də belə bir hücumun olduğu təsdiq etsə də, təyyarə itkisi barədə məlumatı təkzib edib. İdarədən bildiriblər ki, hücum nəticəsində iki hərbçi həlak olub.

Son xəbərlər

Orphus sistemi