Rusiyada qar uçqunu nəticəsində iki nəfər ölüb

Rusiyada qar uçqunu nəticəsində iki nəfər ölüb Ölən şəxslərin meyiti turistlər tərəfindən Xakasiyada aşkar olunub
Digər ölkələr
14 Yanvar , 2018 10:55
Rusiyada qar uçqunu nəticəsində iki nəfər ölüb

Bakı. 14 yanvar. REPORT.AZ/ Rusiyanın Xakasiya Respublikasının Orconikidze rayonunda baş vermiş qar uçqunu nəticəsində 2 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə məlumatı bazar günü Fövqəladə Hallar Nazirliyinin Xakasiya üzrə regional idarəsi yayıb.

"Xilasedicilər hadisə yerinə gəlincəyə qədər, turistlər qarın altından ölmüş iki kişinin meyitini aşkar ediblər", - deyə TASS xilasedicilərin sözlərini sitat gətirib.

Qar uçqunu ötən gün baş verib və hadisə yerinə yalnız qar kvadrasiklı ilə getmək mümkün olub.

Son xəbərlər

Orphus sistemi