Lavrov Rusiya hərbçilərinin Afrindən çıxarıldığına dair xəbərləri təkzib edib

Lavrov Rusiya hərbçilərinin Afrindən çıxarıldığına dair xəbərləri təkzib edib "Bu məlumatlar sonradan təkzib olundu"
Digər ölkələr
20 Yanvar , 2018 03:52
Lavrov Rusiya hərbçilərinin Afrindən çıxarıldığına dair xəbərləri təkzib edib

Bakı. 20 yanvar. REPORT.AZ/ Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya qoşunlarının Suriyanın Afrin şəhərindən çıxarılmasına dair yayılan məlumatların həqiqətə uyğun olmadığını bildirib.

“Report” xəbər verir ki, o bunu BMT Təhlükəsizlik Şurasının iclasının yekununda deyib.

"Bu məlumatlar sonradan təkzib olundu", - deyə XİN başçısı qeyd edib.

Türkiyə mətbuatı bundan əvvəl Ankaranın Suriya kürdlərinə qarşı xüsusi əməliyyatı öncəsi Rusiya hərbçilərinin Afrindən çıxarılması barədə məlumat yayıb.

Son xəbərlər

Orphus sistemi