Kolumbiyada hərbi vertolyot qəzaya uğrayıb, 10 nəfər ölüb

Kolumbiyada hərbi vertolyot qəzaya uğrayıb, 10 nəfər ölüb Ordu nümayəndəsinin sözlərinə görə, vertolyot vurulmayıb
Digər ölkələr
17 Yanvar , 2018 03:08
Kolumbiyada hərbi vertolyot qəzaya uğrayıb, 10 nəfər ölüb

Bakı. 17 yanvar. REPORT.AZ/ Kolumbiyanın şimalında "Mi-17" tipli vertolyotun qəzaya uğraması nəticəsində 10 nəfər həyatını itirib.

“Report” xəbər verir ki, qəza Seqoviya şəhəri yaxınlığında qeydə alınıb.

TASS-ın məlumatına görə, hava gəmisinin göyərtəsində 8 hərbçi və 2 mülki şəxs olub.

Kolumbiya ordusu nümayəndəsinin sözlərinə görə, vertolyot vurulmayıb. Hadisənin səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi